- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0
Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, birbaşa finala vəsiqə qazanmaq uğrunda 6 komanda mübarizə aparır.
Millimiz yer aldığı “E” qrupunun ilk görüşündə norveçli həmkarları ilə qarşılaşıb. Matç ev sahibələrinin tam üstünlüyü ilə başa çatıb – 3:0 (25:15, 25:10, 25:6).
Digər qarşılaşmalarda Niderland Danimarka, Ukrayna İsraili 3:0 hesabları ilə qalib gəliblər. Faiq Qarayevin komandası bu gün qara dənizlilərlə üz-üzə gələcək.