- Baxış sayı: 55
- 23 Aprel 2024 23:37
- Baxış sayı: 33
- Aprel 23, 2024
- 0
Bakı idman sarayında güləş üzrə Azərbaycan çempionatının açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
Onun sözünə görə, güləşçilərimiz həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqımızı sevindirirlər. İdmanın bu növü ölkəmizdə çox sevilir və məşhurdur. Ölkə çempionatında da rəqabət çox yüksəkdir.
Azərbaycanın mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən dövlət rəsmisi, ölkə birinciliklərinin dünya və Avropa çempionatları səviyyəsində təşkil olunduğunu diqqətə çatdırıb, güləşçilərimizin Tokio oyunlarında da yüksək nəticələr qazanacağına inandığını söyləyib.