“İstədiyimiz kimi çıxış etdik”

“İlk hissədə həm müdafiədə, həm də hücumda istədiyimiz kimi çıxış etdik”.

Allsport.az xəbər verir ki, bunu “Xəzri” basketbol klubunu baş məşqçisi Murad Dikmən deyib.

Türkiyəli mütəxəssis Azərbaycan basketbol liqasının pley-offunda final seriyasının “Sabah”la 3-cü oyununu şərh edib: “Sabah” komandasını və baş məşqçiləri Riması təbrik edirəm. Oyun başabaş mübarizə şəraitində keçdi. Birinci hissənin 15 dəqiqəsində üstün tərəf biz idik. Lakin böyük fasiləyə saniyələr qalmış zədələnən kapitanımız Amil Həmzəyev qalan dəqiqələrə iynə ilə davam etdi. Ona görə də ikinci hissədə istədiyimix oyunu sərgiləyə bilmədi. Uzun oyunçumuz Ceremi Maklaflin beş cərimədən dördünü hücumda etməklə çox pis performans sərgilədi. Yusuf Muhammed də günündə olmadı və uzun oyunçu rotasiyasında çətin anlar yaşadıq. Səid İsmayılovun da 5 foulla oyundan erkən çıxmağı bizim üçün heç də yaxşı olmadı. Son iki periodda yaxşı oynamadıq və final seriyasında geriyə düşdük. Cümə günü bizim üçün tamam və ya davam matçı olacaq. Tək hədəfimiz qalib gələrək seriyanı uzatmaqdır”.

Həmin kateqoriyadan