«İstanbulda çoxu xəstələndi. Avropa çempionatını da buraxacam, əsas hədəf lisenziya yarışlarıdır»

«İstanbulda təlim-məşqdə olduğumuz müddətdə hava birdən dəyişdi. Güclü külək və yağış adamı çölə çıxmağa belə imkan vermirdi. Sərt hava şəhərdə dağıntılar törətdi. O üzdən komandada xeyli güləşçi xəstələndi».

Bunu allsport.az saytına açıqlamasında 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev dedi. Olimpiya mükafatçısının sözunə görə, bu səbəbdən o, «Yaşar Doğu» mükafat yarışını buraxıb:

«Özüm güləşmədim. Əsas məqsədim Macarıstanda və Boqlarıstanda keçiriləcək lisenziya yarışlarıdır. Heç Avropa çempionatına da yolanmayacağam. Mənim üçün, ilk növbədə, Tokio oyunlarına yollanmaq fürsətidir».

Həmin kateqoriyadan