“İstanbulda dünya lisenziya yarışında da uğur qazanacaqdım”

Bakı idman sarayında U-23 Avropa çempionatında bu gün daha 5 çəkidə medalçılar məlum oldu. Yunan-Roma güləşçiləri arasında 97 kq-da Murad Əhmədiyev 3-cü yer üçün mübarizədə finlandiyalı Apo Juhani Karinpioka Vitala 11:0 qalib gəldi. O, çıxışını allsport.az sayına belə dəyərləndirdi:

“İlk dövrədə Belarus idmançısına uduzdum. O, finala adladı və mən təsəlliverici görüşə qatıldım. Allaha çox şükürlər olsun, onu keçib bürünc medal qarşılaşmasında fürsəti qaçırmadım.

İstanbulda dünya lisenziya yarışında da uğur qazanacaqdım. O zaman çox çəki salmışdım. Keçən dəfə bu yarışda çempion olmuşdum. Bu dəfə 3-cü yerlə kifayətləndim. Allah qoysa, U-23 dünya çempionatıolacaq. Orada qalib olmaq lazımdır”.

Həmin kateqoriyadan