İtaliya və Azərbaycan bədii gimnastları arasında görüş

Desio şəhərində bədii gimnastika üzrə İtaliya və Azərbaycan milliləri arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova mübarizə aparıblar.

Həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası da yarışda iştirak ediblər.

Mövsümün əvvəlində ənənəvi olaraq matç görüşləri keçirən İtaliya millisinin Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Millimizin üzvləri üçün Desio səfəri yoxlama məşqi xarakteri daşıyıb. Milli komandalar təcrübə mübadiləsi apararaq, proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar yeni çıxışlarını da yerinə yetiriblər. Görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.

Həmin kateqoriyadan