İtaliyada qələbə «Azəryol»a mərhələ adlamağa yetmədi

Qadın voleybolçuların Avropa Çempionlar Liqasının 1-ci pley-off mərhələsinin cavab görüşündə «Azəryol» İtaliyada yerli «Yamamay»la qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, ilk matçda evdə 1:3 məğlub olan «xallı bəbirlər» səfərdə çox çalışsa da, oyunu «Qızıl set»ə daşıya bilməyib.

Buna rəğmən, vitse-çempion Appenindən qələbə ilə qayıda bilib – 3:2 (25: 14, 24:26, 25:20, 18: 25, 15:10). «Azəryol»a qədər, digər təmsilçimiz «Rabitə» klubu mübarizəni qrupp mərhələsində dayındırmışdı.

Həmin kateqoriyadan