- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Kişi ağırlıqqaldıranların ölkə çempionatında 81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə Kənan Əliquliyev qalxıb. Allsport.az saytı xəbər verir ki, o, toplam 296 kq (131+165) nəticə göstərib. Qalib idmançı açıqlamasında, yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib:
“Yarış çox yaxşı keçir. Qarşıda mötəbər turnir olan Avropa çempionatı var və orada da nəticə qazanmaq istəyirik. Davam edən ölkə çempionatında rəqiblərimin çıxışı da yaxşı idi, amma onları üstələyərək çempion adını qazana bildim”.