Kənan Əliquliyev ölkə kubokunun qalibi oldu

Şüvəlan qəsəbəsindəki ağırlıqqaldırma akademiyasının yarış zalında keçirilən Azərbaycan kubokunda ikinci yarış gününə start verilib.

Allsport.az xəbər verir ki, körpücük üzərinə ilk olaraq çəkisi 81 kq-a qədər olan atletlər çıxıblar. Toplam 290 kq (130+160) nəticə ilə Kənan Əliquliyev rəqiblərini arxada qoyaraq qalib adını qazanıb.

Gümüş və bürünc medal sahibləri eyni çəkinin öhdəsindən gəliblər. Ancaq Həsənağa Sahibov yekun nəticəni Nurlan Rəsulovdan daha əvvəl yerinə yetirdiyinə görə ikinci pillə ona qismət olub.

Həmin kateqoriyadan