Kanadalılar Vladimir Putin və “rus mafiyası” barədə. Gənc hücumçunun yurd dışı təəssuratı

Vladimir Putin – Kanada sakinləri üçün “böyük ad”dır. Allsport.az saytı xəbər verir ki, bunu “Matç” telekanalına buz üstə xokkey üzrə Rusiya gənclər yığmasında çıxış edən Yeqor Sokolov söyləyib.

O, Kvibek əsas yeniyetmə liqasında oynayır. Hücumçu, həmçinin, kanadalıların bəzən “rus mafiyası” barədə zarafat etdiyini də deyib.

Yeqor 2017-ci ildən “Keyp Breton İqlz” klubunda şayba qovur. 2019-2020 mövsümündə Rusiya millisinin heyətində gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olub.

Həmin kateqoriyadan