Karantinə alınan milli üzvü: “Olimpiya kəndi”ndə qalırıq, 5 gündən sonra buranı tərk edəcəyik

“İsraildə çempionat dayandı. Bu üzdən bizi evə buraxdılar. Bir müddət öncə Azərbaycana qayıtdım. Ordan gələnləri “olimpiya kəndi”ndə karantinə aldılar”.

Bunu allsport.az saytına qadın voleybolçulardan ibarət Hayfanın “Makkabi” klubunda çıxış etmiş Yuliya Kərimova deyib. Millimizin liberosunun sözünə görə, hər şey qaydasındadır:

“Bizə yaxşı baxırlar. Burda hər şey nəzarətdədir, ciddidir. Yanımıza heç kimi buraxmırlar. Artıq 5 günümüz qalıb. Bundan sonra federasiya mənə mənzil kirayələyəcək. Çünki millinin bazası karantinə bağlanıb”.

Həmin kateqoriyadan