Karlos “Real” azarkeşidi

Allsport.az xəbər verir ki, Dünya ən yaxşı 2-ci tennisçisi Karlos Alkaraz Avroliqanın 1/4 finalında “Partizan” üzərində möhtəşəm qələbə qazandıqları üçün “Real” basketbol komandasını təbrik edib.

“Partizan” əvvəlki 2 matçda qələbə qazanmasına baxmayaraq, “Real” Belqraddakı seriyada hesabı bərabərləşdirməyə müvəffəq olub. Komandalar həlledici matç üçün Madridə qayıdıblar.

Həyəcanlı oyunda “Real” 98:94 hesabı ilə qalib gələrək Avroliqanın finalına yüksəliblər.

Alkaraz Madrid basketbol komandasını sosial şəbəkələr vasitəsilə təbrik edib.

Həmin kateqoriyadan