- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 80
- Aprel 25, 2025
- 0
Çexiyanın Karlov universitetinin fizioterapiya departamentinin rəhbəri, həkim professor Tereza Novakova Azərbaycan idman akademiyasının (AİA) sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya“ təhsil proqramının professor-müəllim heyəti və tələbələrinə elmi-praktiki təlim keçib.
Allsport.az xəbər verir ki, təlimdə həmçinin dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin (DTSERA) tabeliyində olan 1 və 2 nömrəli uşaq reabilitasiya, eləcə də Bakı, Mərdəkan, Şağan reabilitasiya mərkəzilərinin fizioterapiya üzrə mütəxəssisləri iştirak ediblər.
Seminar çərçivəsində xanım Novakova və AİA-nın sözügedən proqram rəhbəri, fəlsəfə doktoru Könül Məmmədova tələbələrin istehsalat təcrübəsi keçdiyi klinik bazalara – DTSERA-nın 1 nömrəli uşaq reabilitasiya mərkəzinə, Kinezis rehab mərkəzinə, Bakı reabilitasiya mərkəzinə, milli idman tibbi və reabilitasiya elmi-praktiki instituna səfər ediblər.
AİA Karlov universiteti ilə iki ildir əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Karlov universitetinin professorları akademiyada tədris prosesinə cəlb olunur, akademik və tələbə heyətinin mübadiləsi, həmçinin Çexiyada təcrübə proqramı təşkil edilir.