- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 11
- May 11, 2026
- 0
Cari mövsümdə Avropa Çempionlar Liqasının start matçını uğursuz keçirən “Rabitə”, səfərdə Polşanın “Ximik” klubuna 0:3 hesabı ilə uduzdu. Allsport.az saytı xəbər verir ki, matçdan sonra ölkə çempionumuzun polşalı legioneri Katarjina Skovronska məğlubiyyətə aydınlıq gətirib:
“Rəqib topun qəbulunda yaxşı oynadı. Biz şansı ilk setdə qaçırdıq. Halbuki top fərqində xeyli öndə idik. Mübarizə təzə başlayıb. İlk oyunlarda belə yenilgilər olur. Artıq ilk məğlubiyyəti unudub, gələcək matçlar barəsində düşünməliyik».