- Baxış sayı: 49
- 18 Mart 2025 12:28
- Baxış sayı: 36
- Mart 24, 2025
- 0
Çexiy Respublikasının Raçitse şəhərində kayak və kanoe üzrə 2-ci dünya kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 3 idmançı təmsil edir.
Kanoeçilərdən Aleksey Kupin 1-nəfərlik qayıqla 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Nikita Sablin isə 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə iştirak edəcək.
Yeganə kayakçı İnna Osipenko Radomskaya 1-nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüş edəcək.
Qeyd edək ki, 1-ci dünya kubokunda Azərbaycan millisi 2 medal qazanıb. Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə qızıl medala yiyələnib.