“Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə qayıqları nümayiş etdiriləcək

Avarçəkmə federasiyasının dənirkənarı milli parkda yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə KİV üçün açıq mətbuat konfransı keçirəcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə AKAF-ın cari ildə gördüyü işlər və gələcək planları haqqında bilgi veriləcək və media nümayəndələrinin sualları cavablandırılacaq. Həmçinin federasiyanın yeni rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək.

1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisində suda nümayiş etdiriləcək. Burada əsas məqsədlərdən biri, paytaxt Bakıda yaşayan uşaqlar və yeniyetmələr arasında avarçəkməyə marağı artırmaq, eyni zamanda onları bu idman növünə cəlb etməkdir. 

Həmin kateqoriyadan