Kiçik yaşlı yeniyetmələrimiz Arazın o tayında güləşəcəklər

17-18 noyabrda İranın İsfahan şəhərində kiçik yaşlı yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında “Day of children” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər Elşad Allahverdiyev və Ruslan Şəmilovun rəhbərliyi ilə bizdən Arazın o tayına Mircavad Nəbiyev (35 kq), Riyad Aslanov (38 kq), Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (47 kq), Məhəmməd Əhmədov (53 kq), Əşrəf Aşirov (59 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov (73 kq) və Fuad Mailov (85 kq) yollanacaqlar.

Yunan-Roma güləşçiləri böyük məşqçi Əfsər Namazəliyev və məşqçi Fuad Alıyevin rəhbərliyi ilə yarışa qatılacaqlar. Heyətə Səbuhi Yunusov (32 kq), Rəşad Məmmədov (35 kq), Tural Mehdiyev (38 kq), Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (47 kq), Murad Əhmədəliyev (53 kq), Vəfadar Cəfərov (59 kq), Ruslan Hədisov (66 kq), Elxan Rəfiyev (73 kq) və Murad Şahrayev (85 kq) daxil ediliblər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev iştirak edəcək.

Həmin kateqoriyadan