Kikboksda hansı növ proqramdan çıxarıldı?

Konya-2021 İslam oyunlarının kikboks proqramında dəyişiklik olunub. Allsport.az saytı xəbər verir ki, “Point Fighting” növü yarışın siyahısından çıxarılıb.

Üstəlik, kişilərdə “Lou kik”də 91 kq, “Full kontakt”da 57 kq və +91 kq çəkilərdə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.

Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.

9-18 avqustda İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Bu növdə rəqabət ayın 16-18-ində baş tutacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish