Kişi ağırlıqqaldıranlar arasında da ölkə çempionları bilinib

Kişi ağırlıqqaldıranlar arasında da ölkə çempionları bilinib

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında kişilərin ölkə çempionatına da yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 55 kq-da 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov, 61 kq-da Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq-la (98+125), 67 kq-da İsmayıllılı ağırlıqqaldıranı Məhəmməd Məmmədli toplam 277 kq (122+155) nəticə ilə 1-ci olub. 73 kq-da Paşa İbrahimli 293 kq (133+160), 81 kq-da Kənan Əliquliyev 296 kq (131+165) hərəkətin cəmində bu dəfə də qızıl medala sahib çıxıb.

89 kq-da 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq-da toplam 332 kq (148+184) ilə Nailxan Nəbiyev, 102 kq-da 323 kq (148+175) ağırlıqla Əliş Nəzərov, 109 kq-da 270 kq (115+155) hərəkətin cəmində İsmayıl Qurbanov və +109 kq-da toplam 312 kq (140+172) sonluqla Həsənbəy Həsənzadə qalib adını qazanıblar.

Həmin kateqoriyadan