- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun təsnifat mərhələsində ikinci oyun gününün görüşləri davam edir.
Allsport.az xəbər verir ki, sonuncu qrup oyununu keçirmiş kişilərdən ibarət 3×3 millimiz, Albaniya yığması ilə qarşılaşıb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib. “B” qrupunda bütün oyunlarını qalib tamamlamış millimiz, adını yarımfinala yazdırmağı bacarıb.