Kişi gimnastlarımız Türkiyədə COVİD-19-a yoluxdu, Avropa çempionatına buraxılmadı

Kişi idman gimnastika millimiz Türkiyənin Mersin şəhərində (9-13 dekabr) Avropa çempionatında iştirak etməyəcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb yığmanın 3 üzvünün koronavirusa yoluxmasıdır. Bütün nümayəndə heyəti səfərdən öncə testdən keçib və nəticə neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq yerli təşkilat komitəsi təkrarən test keçirir.

Mersində götürülən testdə 3 gimnastın nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar. Nümayəndə heyətinin digər üzvlərində Mersində ardıcıl olaraq götürülmüş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər.

Həmin kateqoriyadan