Kişi həndbol millimiz Tiflisdə hazırlaşır

Kişi həndbol millimiz Tiflisdə hazırlaşır

Kişi həndbolçularımız daha bir ciddi sınaq qarşısındadır.  Allsport.az saytı xəbər verir ki, millimiz iyunda Tiflisdə “İnkişaf” turnirinə hazırlaşır. Bakıda start verilən təlim-məşqi başa vuran komandamız, mayın 5-dən etibarən Gürcüstan paytaxtındadırlar.

Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə mayın 21-dək davam edəcək toplanış çərçivəsində yerli klublarla yoxlama görüşləri də nəzərdə tutulub.

14-19 iyunda rəqiblər Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Gürcüstan, Kipr, Moldova, Malta və Ermənistan seçmələri olacaq.

Həmin kateqoriyadan