- Baxış sayı: 42
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, “AHF arena”da toplanışa 16 nəfər qatılıb. Məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.
Dekabrın 8-dən etibarən Gürcüstana yollanan millimiz, növbəti hazırlığı qonşu ölkədə keçirəcək. Dekabrın 16-dək davam edəcək toplanışda komandamız “Dostluq” turnirində iştirak edəcək.
Azərbaycan millisi Bakı idman sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya ilə görüşəcək. Yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcək.