Əsas mərhələdə sonuncu tur

Dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.
Allsport.az xəbər verir ki, Martın 14-də qadın voleybolçuların yüksək liqasının XII turunda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi voleybolçuların yüksək liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək.
Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək liqa (qadınlar)
16:00 “Abşeron” – “Murov”
18:00 “Azərreyl” – UNEC

Yüksək liqa (kişilər)
16:00 MOİK – “Neftçi”
18:00 “Xarı bülbül” – “Murov”

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.

Həmin kateqoriyadan