- Baxış sayı: 61
- 25 İyun 2026 17:55
- Baxış sayı: 61
- İyun 26, 2026
- 0

Avropa voleybol konfederasiyası gələn il üçün Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. Allsport.az xəbər verir ki, koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.
Belə ki, qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacağından, kişi voleybolçularımız seçmə mərhələdə qüvvəsini sınayacaq. Komandamız 1-ci dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçiriləcək.
Qeyd edək ki, millimiz “F” qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.