Kişi voleybolçular da…

Kişi voleybolçular da…

Kişi voleybolçulardan ibarət millimiz Avropa gümüş liqasına hazırlıqlara start verib. Allsport.az saytı xəbər verir ki, komandamız baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in voleybol mərkəzində ilk məşqinə çıxıb. Bakıda təşkil olunan məşqlərə əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar.

Seçməmiz ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblər meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur 13-15 iyunda Bakıda olacaq. Doğma meydanda Lüksemburq və Macarıstan ilə qarşılaşacaq.

20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq son turda isə yığmamız ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.

Həmin kateqoriyadan