“Klassiklər” EYOF-a Göygöldə hazırlaşır

İyulun 21-də paytaxtda Avropa yeniyetmələrinin olimpiya festivalı start götürəcək. Allsport.az saytı xəbər verir ki, ötən ay İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatından sonra fasilə verməyən yığmalarımız EYOF üçün son təlim-məşqə başlayıb.

Yunan-Roma güləşçilərimiz iyunun 26-dan Göygöldə hazırlıq keçir. Yerli olimpiya idman kompleksində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə 22 nəfər toplanışda iştirak edir.

Qeyd edək ki, sərbəst güləş üzrə müvafiq yığmamız bu gün Xaçmaz olimpiya idman kompleksində təlim-məşq toplanışına başlayıb. Yeniyetmə qızlar isə festivala hazırlığı paytaxtda davam etdirir.

Həmin kateqoriyadan