“Klassiklər” təlim-məşq üçün Minskə yollanıb

Yunan-Roma güləş yığmamız ölkə dışı toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gündən baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə Minskdə yerli komandayla birgə hazırlığa start verib.

Dekabrın 25-dək davam edəcək təlim-məşqə Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi – 63 kq), İslambəy Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (97 kq) və Beka Kandelaki (130 kq) qatılıblar.

Qeyd edək ki, komanda AGF-in vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi ilə Minskə yollanıb.

Həmin kateqoriyadan