“Klassiklər”dən daha 2 medal

“Klassiklər”dən daha 2 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclərin Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə millimiz daha 2 medal qazanıb.

Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya (6:1), Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya (8:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Roman Kərimov (67 kq) 5-ci yerlə kifayətlənib.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətovla (77 kq) Orxan Hacıyev (87 kq) gümüş medal qazanıblar.

Həmin kateqoriyadan