“Klassiklər”imiz nəhayət, AGF-in mətbuat xidmətinin yadına düşüb, onlardan xəbər var

Xəbər verdiyimiz kimi, yunan-Roma güləşi üzrə millimiz fevralın 11-dən İstanbulda beynəlxalq təlim-məşq toplanışındadır. Allsport.az saytının məlumatına görə, məqçilər Akif Əliyev, Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi ilə 20 bahadırımız türkiyəli həmkarları ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç komandaları ilə komandaları ilə birgə hazırlaşır.

Yığmamızın çalışmaları bu gün nəhayət, AGF-in mətbuat xidmətinin yadına düşüb, “WhatsApp”la məlumat və şəkillər əldə olunub. Awf-az.org-in xəbəri verir ki, birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca milli üzvləri Vəhbi Əmrə və Həmid Qaplanın xatirəsinə turnirdə qüvvələrini sınayacaqlar.

Həmin kateqoriyadan