- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 166
- İyul 17, 2025
- 0
İtaliyanın Kaorle şəhərində keçiriən U20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Allsport.az xəbər verir ki, millimiz 1 qızıl, 3 gümüş və 2 bürüncmedalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.
Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə, millimiz öndə yer alıb.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında medal qazanan güləşçilərimiz:
Ayxan Cavadov (60 kq) – qızıl.
Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) – gümüş.
Fərahim Mustafayev (67 kq) və Elmin Əliyev (82 kq) – bürünc.