- Baxış sayı: 63
- 20 İyul 2025 11:02
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Yeniyetmələrin Avropa çempionatında 5 medal qazanan yunan-Roma güləşiçilərimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, komanda hesabında Avropa 3-sü olan millimiz üçün Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib. Böyük məşqçi Taleh İsrafilov nəticəni yüksək qiymətləndirib:
“Yarış çox yaxşı keçdi. Müəyyən çətinliklər var idi. Şükür Allaha, öhdəsindən gəldik. Medalların əyarına görə, ən yaxşı nəticə göstərən ölkələr sırasında yer aldıq. Komandanın yarısı medal qazandı. Federasiya rəhbərliyilə məsləhətləşdikdən sonra dünya çempionatının hazırlıq planını quracağıq”.