Komandası «Bursaspor»a qalb gəldi, voleybolçumuzun özü ən çox xal yığdı

Bu gün qadın voleybolçuların Turkiyə 1-ci liqasında 17-ci turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Yana Ağayevin çıxış etdiyi «Çanaqqala Bələdiyyəspor» evdə «Bursaspor»la görüşüb.

Gərgin keçən mübarizədə meydan sahibiləri qalib gəliblər – 3:2 (21:25, 25:14, 25:22, 24:26, 15:13). Bu qarşılaşmada legionçumuz ən yaxşı olub. O, 24 xal yığıb.

12 komandanın mübarizə apardığı yüksək liqada «mavi-ağlar» 18 xalla 9-cu pillədədir.

Həmin kateqoriyadan