Könül Nurullayeva: Heydər Əliyev fondu autizmli vətəndaşlar üçün geniş şərait yaradıb

Gənclər və idman nazirliyinin dəstəyi, Azərbaycan autizm assosiasiyasının təşkilatçılığı ilə Fəvvarələr meydanında festival keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə İslam həmrəyliyi idman federasiyasının nəzarət və koordinasiya komitəsinin üzvü Könül Nurullayeva da iştirak edib. Gənc millət vəkili 2-ci autizm festivalı ilə bağlı bunu deyib:

“Festival müddətində autizmli uşaqlar arasında stolüstü tennis, futbol, atletika və s. kimi idman növləri üzrə yarışlar keçirildi. Onu da bildirmək istərdim ki, bu sahə hər zaman dövlətimizin diqqət mərkəzində olub.

1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu xətti üzərindən bu sahədə bir sıra yeni mərkəzlər açılıb, autizmli vətəndaşlarımızın müalicəsi və inkişafı üçün geniş şərait yaradılıb”.

Həmin kateqoriyadan