Könül Nurullayeva qadın həkimə güləş federasiyasında işə bərpa olunmasına yardım edib

İslam həmrəyliyi idman federasiyasının nəzarət və koordinasiya komitəsinin azərbaycanlı üzvü Könül Nurullayeva, hüququ pozulan Azərbaycan vətəndaşına kömək edib. Allsport.az saytı xəbər verir ki, o bununla bağlı öz Feysbuk səhifəsində paylaşım edib:

“Əziz həmvətənlər, 2010-2018-ci illər ərzində Azərbaycan güləş federasiyası ictimai birliyində çalışmış vətəndaşın qanunsuz və əsassız şəkildə işdən çıxarılması ilə bağlı şikayəti tərəfimizdən nəzarətə götürülmüşdür. Diqqətinizə çatdırım ki, məhkəmənin həmin vətəndaşın işə bərpa edilməsinə dair müvafiq qərarlarına baxmayaraq, qərar icra olunmamış, ona külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur.

Lakin AGF-nin yeni rəhbərliyinə ünvanladığımız müraciət, o cümlədən bu məsələ ilə əlaqədar məhkəmənin qəbul etdiyi qərarlar sözü gedən qurumun nümayəndələri tərəfindən araşdırılmış, nəticə olaraq vətəndaş yenidən işə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün isə ona əməkhaqqı ödənilmişdir.

Bir daha öz adımdan vətəndaş üçün mühüm əhəmiyyət kəsb edən məsələnin həllində göstərdiyi dəstəyə görə AGF-nin prezidenti cənab Mikayıl Cabbarova dərin təşəkkürümü bildirirəm”.

Əldə eydiyimiz bilgiyə görə, həmin şəxs qadın güləşi milli komandaların həkimi Əsmər Əliyevadır. Gənc millət vəkili artıq necənci dəfədir ki, tək seçildiyi Bakı şəhəri 24 saylı Nizami rayonu 1-ci seçki dairəsində yaşayanlara deyil, idman çamiyəsində xidməti olanlara da imkanı daxilində dəstək verir.
Könül Nurullayeva milli olimpiya komitəsinin, eləcə də 5-ci İslam oyunlarının təşkilat komitəsinin üzvüdür.

Həmin kateqoriyadan