Kseniya Poznyakdan «Rabitə»yə mesaj

«Ölkə çempionatında qarşımızda dayanan məqsəd birinci olmaqdır. Super liqada mübarizə aparan komandaların hamısı yüksək səviyyədədir. Amma bizdə bu mövsüm çox yaxşı heyət formalaşıb. Ona görə, istəyimizi gerçəkləşdirmək gücündəyik».

Bu açıqlamanı allsport.az saytına «Azəryol» klubunun aparıcı üzvü Kseniya Poznyak verib. Dünən Azərbaycan çempionatının 4-cü turunda «Telekom»a qalib gəldikləri matçda ən yaxşılardan olan voleybolçu bildirib ki, istəklərini reallaşdırmağa zaman lazımdır:

«Oyundan oyuna açılışırıq. Amma yaxşı anlaşmaq üçün vaxt lazımdır. Hər şey alınandan sonra məğlubedilməz olub, necə deyərlər, heç bir rəqibdən çəkinmədən, sədləri yara-yara irəli getməliyik».

Həmin kateqoriyadan