Kseniya Qoçigid “Leninqradka”nın kapitanı seçilib

Xəbər verdiyimiz kimi, millimizin blok oyunçusu Kseniya Qoçigid (Poznyak) Rusiya superliqasında çıxış edən “Leninqradka” ilə anlaşıb. Məşqçilərin və komanda üzvlərinin etimadına əsasən voleybolçumuz kapitan seçilib. Bu barədə allsport.az saytına onun özü məlumat verib.

Kseniya artıq şimal çempionatında debüt edib. Sankt-Peterburq təmsilçisi səfərdə digər milli üzvümüz Natalya Məmmədovanın çıxış etdiyi Qazan “Dinamo”su ilə görüşüb və 0:3 məğlub olub.

 

Həmin kateqoriyadan