Kseniya Qoçigid: ÇL-da uğurlu çıxış etmədiyimizdən, bütün gücü ölkə çempionatına yönəltmişdik

«Bu mövsüm asan olmadı. Biz gec yığışdıq. Sonra 2 oyunçumuz komandadan ayrıldı və biz onların yerini doldura bilmədik» Bu sözü allsport.az saytına açıqlamasında «Azərrey»in aparıcı üzvü Kseniya Qoçigid (Poznyak) deyib. Milli voleybolçu bildirib ki, çətinliyi rəğmən, cari mövsümdə «Rabitə»nin 8 illik çempionluğuna son qoymalarına çox sevinir:

«Son 3 ayda baş məşqçi məni 2 mövqedə oynatdı. Asan deyildi. Amma hər şey qələbə üçün idi. Çempionlar Liqasında uğurlu çıxış etmədik. Ona görə bütün gücü daxili rəqabətə yönəltdik. Yekunda istəyimizə nail olduq. Komanda yoldaşlarım və məşqçilər heyəti ilə fəxr edirəm».

Azərbaycan çempionu sonda deyib ki, «Azərreyl»də qalıb-qalmayacağını hələ bilmir. İndi bütün heyət istirahətə çəkilib. Sonra milli komanda bir araya gələcək.

Həmin kateqoriyadan