Laçın dəhlizində etiraz tədbirinə BŞGİBİ-nin rəisi Raqif Abbasovun rəhbərliyi ilə idman təşkilatları qoşulub

Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində (Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində) azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz tədbirinə başlayıblar.

Allsport.az saytı xəbər verir ki, onlar Laçın dəhlizini bağlayıblar. Gecə düşdüyü üçün çadırlar quran, tonqallar qalayan aksiya iştirakçıları mübarizəni sonadək davam etdirməkdə israrlıdırlar. Gecə saatlarında izdiham daha böyüyüb. Yaxın rayonlarda olan və çalışan həmvətənlərimiz aksiyaya qoşulublar.

Onlar “Canım qurban, Azərbaycan” mahnısının sədaları ilə sülhməramlılarla qarşı-qarşıya dayanaraq, öz tələblərini irəli sürürlər. Hərəkata Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasovun rəhbərliyi ilə idman təşkilatları dəstək veriblər. Onlar gecə saatlarında Laçın dəhlizinə yola düşüblər. 

Həmin kateqoriyadan