Lisenziya yarışının biletləri satışda

Aprelin 5-7-də Bakıda keçiriləcək Avropa olimpiya təsnifat turnirinin biletləri satışa çıxarılıb.

Allsport.az xəbər ki, milli gimnastika arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.

Biletlər sadə (2 AZN) və VİP (7 AZN) olaraq iki hissəyə ayrılıb.

Hər gün üçün 2 seans nəzərdə tutulub. Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15612 bilet satışa çıxarılıb.

Qeyd edək ki, ilk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son yarış günündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Həmin kateqoriyadan