- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0
Bu gün qadın voleybolçuların CEV kubokunun 1/4 final mərhələsinin cavab matçları başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizin yeganə təmsilçisi «Lokomotiv» Krasnodarda yerli «Dinamo»nun qonağı olub.
İlk görüşdə evdə rəqibi 3:0 məğlub edən «dəmiryolçular» əvəz matçı öncəsi yaxşı imkan qazanmışdı. Təəssüf olsun ki, Bakı klubu üstünlüyünü Rusiyada qoruya bilməyib.
«Polislər» qarşılaşmanın əsas hissəsini qələbə ilə bitirib – 3:0 (25:14; 25:19; 25:17). «Qızıl setdə» Teon Buijsin komandası vəziyyəti dəyişməyə çalışsa da, sonda yenə uduzub – 13:15.