“Lokomotiv” 8-qat ölkə çempionunun liberosunu heyətinə qatıb

Cari mövsümdə Avropa Çempionlar Liqası və ölkə Superliqasında qarşısına ciddi məqsəd qoyan “Lokomotiv” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” dünyada öz mövqeyində birinci olan dominikanlı libero Brenda Kastiliyonu heyətinə qatıb.

Azarkeşlərə yaxşı tanış olan 23 yaşlı voleybolçu son 3 ildə “Telekom”un (keçmiş “Rabitə”) şərəfini qoruyub. 167 sm boya malik ulduz oyunçu Dominikan millisinin aparıcı üzvlərindəndir.

“Rabitə” ilə son 3 ildə Azərbaycan çempionu olan libero, bu müddət ərzində 2 dəfə «dördlər finalı»nda çıxış edib. Milli komanda ilə forma geyindiyi bütün turnirlərin ən yaxşı liberosu seçilib.

O, Pan-Amerika oyunlarında 3 qızıl , 3 gümüş və 1 bürünc, Mərkəzi Amerika və Karib hövzəsi oyunlarında 2 qızıl, 2009-cu ildə Tokioda keçirilən dünya qran-prisində bürünc medallara sahib olub. Bu transferlə komandada oyunçuların sayı 12-yə çatıb.

Həmin kateqoriyadan