- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super liqasının 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, günün son matçında lider «Lokomotiv»lə «Azəryol» klubu qarşılaşıb.
Gərgin mübarizədə qalibi həlledici set müəyyənləşdirib. Tay-brekdə daha yaxşı təsir bağışlayan flaqman qalib gəlib. Bu yenilgi ilə «dəmiryolçular» Super liqada ilk məğlubiyyətini alıb – 2:3 (23:25, 25:22, 25:13, 19:25, 7:15).
Qeyd edək ki, hesabat turunun ilk oyununda «Rabitə» səfərdə «Azərreyl»i 3:0 üstələyib.