“Lokomotiv” İtaliyada son yoldaşlıq görüşündə qalib gəldi

Yeni mövsümə hazırlığın 2-cici mərhələsini İtaliyada davam etdirən Bakı “Lokomotiv”i sonuncu yoxlama görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, “Pyaçentsa” klubu ilə görüşməli olan “dəmiryolçular”, son anda rəqibin oyundan imtina etməsi nəticəsində İtaliyanın digər təmsilçisi “Sudtirol Neruda Bolzano”nu sınağa çəkib.

Görüş François Salvagininin komandasının qələbə silə başa çatıb –  3:1 (25:20; 18:25; 25:17; 25:20). Bununlada Appenin təlim-məşq toplanışını sonna çatdıran “Lokomotiv”,  bu gün Vətənə geri dönür. Bir neçə gün Bakıdakı bazasında məşqlərini sürdürəcək komanda, yaxın günlərdə növbəti hazırlıq üçün İstanbula yola düşəcək.

Həmin kateqoriyadan