“Lokomotiv” klubunun yeni baş məşqçisi müəyyənləşdi

“Lokomotiv” voleybol klubunda məşqçi dəyişikliyi olub. Allsport.az xəbər verir ki, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Lokomotiv” italiyalı çalışdırıcı Fransua Salvagni ilə yollarını ayırıb.

Buna səbəb komandanın ölkə birinciliyi və Çempionlar Liqasının son oyunlarda üzləşdiyi ardıcıl məğlubiyyətlər olub. İtaliyalı mütəxəssisi həmyerlisi, məşhur məşqçi Karlo Parisi əvəzləyib.

45 yaşlı çalışdırıcı 2014-2015-ci illər mövsümündə gənclərdən qurduğu “Busto Arsizio Yamamay” klubunu Çempionlar Liqasının finalına çıxarıb. Bakı təmsilçisinin sükanı arxasına keçənədək təcrübəli mütəxəssis 11 il “Busto Arsizio Yamamay”da çalışıb. Həmçinin 2012-ci ilin fevralından Çexiya millisinə də başçılıq edir.

Həmin kateqoriyadan