- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 93
- İyun 26, 2026
- 0
Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandasının ardınca “Lokomotiv”in də Türkiyədə hazırlıq keçəcəyi dəqiqləşib. Allsport.az xəbər verir ki, Super Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdıran “dəmiryolçular” təlim-məşq toplanışı üçün yanvarın 4-də qonşu ölkəyə yollanacaq.
Komanda toplanış çərçivəsində Türkiyə nəhənglərindən “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”la yoxlama matçı da keçirəcək. “Lokomotiv” yanvarın 8-də toplanışı başa vuraraq vətənə dönəcək.