“Lokomotiv” üçün gürcüstanlı və serbiyalı hakimlər

Kişilərdən ibarət “Lokomotiv” klubunun Çağırış kubokunda ilk oyununu idarə edəcək hakimləri bilinib. Allsport.az saytı xəbər verir ki, noyabrın 21-də paytaxtda Kipr “Apoel”ini qəbul edəcək voleybolçularımız avrokuboklarda debüt edəcək.

Görüşün baş hakimi gürcüstanlı Stefan Takayçvili olacaq. Ona serbiyalı Yovan Yovanoviç kömək edəcək. İlk görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra rəqib meyanında olacaq.

Həmin kateqoriyadan