“Lokomotiv” və “Azəryol” avrokuboklara məğlubiyyətlə başlayıblar

Bakının voleybolçu qadınlardan ibarət “Lokomotiv” klubu Avropa Çempionlar Liqasında ilk oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Rusiyada Qazan “Dinamo”sunun qonağı olub. Finlandiyalı hakim Kari Partiainenin idarə etdiyi matçda meydan sahibələri 3:1 hesabı ilə qalib. Bu qrupda yer alan digər təmsilçimiz “Azərreyl” isə ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.

Paytaxtın qadınlardan ibarət “Azəryol” komandası CEV kubokunda ilk oyununu keçirib. 1/16 final mərhələsindən qoşulan təmsilçimiz Rumıniyada yerli “Tarqovitse” komandası ilə qarşılaşıb. Bolqarıstanlı hakim Borislav İordanovun idarə etdiyi oyunda meydan sahibələri 3:0 hesabı ilə üstün olub. Bu klublar arasında cavab görüşü noyabrın 4-də Bakıda oynanılacaq.

Həmin kateqoriyadan