- Baxış sayı: 57
- 11 May 2026 15:09
- Baxış sayı: 25
- May 11, 2026
- 0

“Los Angeles Klippers”in baş məşqçisi Tayron Lue komanda ilə işləməyə davam edəcək.
Allsport.az xəbər verir ki, rəhbərlik 47 yaşlı çalışdırıcı ilə müqaviləni uzatmaq qərarına gəlib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni sözləşmə uzunmüddətlidir. Müqavilə 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulub. Luenin maaşı 14 milyon dollar olacaq ki, bu da məşqçini NBA-da ən yüksək maaş alan mütəxəssislərdən birinə çevirəcək.