- Baxış sayı: 41
- 01 May 2024 13:45
- Baxış sayı: 41
- May 01, 2024
- 0
«Həlledici görüşdə bir anlığa boşaldım. İranlı rəqibim bundan istifadə edib qalib gəldi. Öz günahkaram, səhvə yol verdim».
Allsport.az saytı xəbər verir ki, bunu Heydər Əliyev adına sarayda KİV-ə açıqlamasında sərbəst güləşçi Məhəmməd Müslümov (65 kq) dedi. İslamiadanın gümüş mükafatçısının sözünə görə, Arazın o tayından olan pəhləvanla əvvəllər də qarşılaşıb:
«Rəqibimi tanıyırdım, öncələr görüşmüşdük. Qarşıda Bakıda Qızıl qran-pri və Parisdə dünya çempionatı gəlir. Bu yarışlarda iştirak edəcək heyətdə yer alsam, burdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağam».